Braziliyalı supermodel və aktrisa Adriana Lima FİFA tərəfindən azarkeşlərin qlobal səfiri təyin olunub.
Fanat.Az ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, futbolun kütləviləşməsi yönündə bir sıra layihələrin həyata keçirilməsində xüsusi rol oynayacaq.
FİFA prezidenti Canni İnfantino bu barədə eyni mənbəyə danışıb: "Siz Adriana ilə görüşərkən onun mehriban və istiqanlı biri olduğunu başa düşür, eləcə də futbolla nə dərəcədə yaxından maraqlandığını dərhal anlayırsınız. O, futbolla yaşayır və nəfəs alır. Lima məhz buna görə FİFA və dünyadakı futbol azarkeşləri arasında əlaqələndirici işinin uğurla yerinə yetirəcək personadır".
Nihat