"Liverpul" ulduz futbolçusunu itirə bilər.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisinin hücumçusu Məhəmməd Salah komanda mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmasa klubu tərk edəcək.
Bunu "Fichajes" yazıb. Hazırda "mersisaydlılar" XXIII turdan sonra İPL-də 36 xalla 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, misirli forvard 2017-ci ildən "Liverpul"da çıxış edir.
Röya