"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatının 23-cü turunda səfərdə "Almeriya"dan aldıqları 0:1 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Özümdə deyiləm, biz mövsümün ən bərbad oyununu keçirdik. Xüsusilə ilk yarıda daha pis təsir bağışladıq. Hərəkətlilik, intensivlik baxımından işimizin öhdəsindən gələ bilmədik. Oyunun ritmini itirmişdik. Qələbə ehtirası yox idi. Ciddi səhvlərə yol verdik. Müəyyən yorğunluq sezildiyini də vurğulamalıyıq. Oyunçu dəyişikliklərini bu üzdən həyata keçirdik. Azarkeşlərdən üzr istəyirik.
Bununla belə, 7 xal fərqlə liderliyimizi davam etdiririk. Futbola münasibətimizi dəyişməliyik. La Liqanın qalibi adını qazanmaq asan olmayacaq. Toparlanmalı, qarşıdakı oyunlar barədə düşünməliyik".
Nihat