"Borussiya Dortmund" yarımmüdafiəçisi Cud Bellingemlə müqaviləni yeniləmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Sebastyan Kel Fabritsio Romanoya açıqlamasında bildirib:
"Mən kluba təzyiq göstərirəm ki, Cudla sözləşməni yeniləsinlər. Ancaq hələ futbolçunun özü və ailəsi ilə konkret danışığımızı olmayıb. Hazırda o, öz işini görür və sadəcə futbola köklənib".
Qeyd edək ki, 19 yaşlı ingiltərəli yarımmüdafiəçi "Real Madrid"in hədəfindədir.
Röya