"Barselona"nın hücumçusu Robert Levandovskinin məhsuldarlığı DÇ-2022-dən sonra ciddi şəkildə aşağı düşüb.
Fanat.Az-ın məlumatına görə, dünən "Almeriya"ya qarşı çempionat oyununda (0:1) 90 dəqiqə meydanda olan və qol vura bilməyən polşalı son 8 La Liqa görüşündə 2 dəfə fərqlənib.
Levandovski bütün turnirlər çərçivəsində çıxdığı son 6 matçda da cəmi 2 qola imza atıb.
Qətərdəki mundiala qədər La Liqada 14 oyuna 13 dəfə fərqlənən 34 yaşlı forvardın DÇ-dən sonrakı 6 çempionat matçında 2 qol vurması diqqətçəkən mənzərədir.
Nihat