PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi cinsi təcavüzdə ittiham olunur.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Xəbərə görə, hadisə yanvarın 26-da qeydə alınıb. Mənbə Hakiminin öz evinə çağırdığı qıza onun istəyinin əleyhinə olaraq təcavüz etdiyini və həmin şəxsin 1 gün sonra yerli polisə olay barədə xəbər verdiyini açıqlayıb.
Qeyd edək ki, Hakimi bu mövsüm PSJ forması ilə bütün turnirlərdə 31 oyuna çıxıb.
Nihat