İngiltərənin “Brentford” klubunun hücumçusu Ayven Toni bir neçə ay futboldan uzaqlaşdırıla bilər.
Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, buna səbəb ingilis futbolçunun idman mərc oyunlarının qaydalarını pozmasıdır.
Mənbənin məlumatına görə, o, günahını etiraf edib.
Daha əvvəl İngiltərə Futbol Assosiasiyası Tonini 2017-ci ildən 2021-ci ilə qədər 250-dən çox reqlamentin pozulmasında ittiham etmişdi.
Qeyd edək ki, Toni hazırda Premyer Liqanın ən yaxşı hücumçularından biridir. 26 yaşlı ingilis forvard "Brentford"un heyətində bütün yarışlarda 15 qol vurub ki, bunun da 14-nü Premyer Liqada reallaşdırıb. O, həmçinin üç məhsuldar ötürmə edib.
Mirağa