İtaliya A Seriyasının 24-cü turunda "Torino" ilə növbəti Turin derbisinə çıxan "Yuventus" 4:2 hesablı qələbə qazanıb.
Fanat.Az-ın məlumatına görə, "Torino" ölkə çempionatı çərçivəsində baş tutan ardıcıl 16-cı oyunda əzəli rəqibi üzərində qələbə həsrətinə son qoya bilməyib.
Tərəflərin son 16 duelinin 4-ü heç-heçə bitibsə, qalan 12 matçda "Yuve" zəfərə sevinən tərəf olub.
Nihat