Milan "İnter"inin argentinalı vitse-prezidenti Xavyer Zanetti PSJ-nin və Argentina millisinin superulduzu Lionel Messinin FİFA-nın versiyasına görə 2022-ci ilin ən yaxşı futbolçusu elan edilməsinə və onun İtaliya təmsilçisinə keçəcəyi ilə bağlı yayılan informasiyaya münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ESPN Zanettinin dediklərini belə çatdırıb:
"Fikrimcə, Messi öz varlığı ilə futbolun mahiyyətini ifadə edir və bunu karyerası boyunca ortaya qoyub. O, 2022-ci ilin ən yaxşı futbolçusu adını qazanmağa tam şəkildə layiq idi. DÇ-2022-nin finalından sonra meydana çıxaraq Leonu qucaqladım, arzumun həyata keçməsinə yardımçı olduğu üçün təşəkkür etdim.
"İnter"ə keçə bilərmi? Açığı, bunun reallaşması o qədər də inandırıcı deyil. Həm də düşünürəm ki, Messi bizim üçün çox bahalıdır".
Nihat