"Real Madrid" gənc futbolçunun izinə düşüb.
Fanat.Az xəbər verir ki, kral klubu "Benfika"nın 19 yaşlı müdafiəçisi Antonio Silvanı gözaltı edib.
Məlumatı "Mundo Deportivo" yayıb. Madrid təmsilçisi yayda portuqaliyalı istedadı heyətinə cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, Silva Portuqaliya çempionatında carı mövsüm 19 matçda meydana çıxıb və 2 qol vurub. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Röya