Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri hələ də işsiz olan Zinəddin Zidanın Braziliya millisini çalışdırmasını istəyir.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssisin uşaqlıq dostu olan, hazırda RMC-də ekspert kimi çalışan Düqarri "Real Madrid"dən ayrıldıqdan sonra karyerasında boşluq yaranan Zidana məsləhət verib.
"Zizu mənim ömürlük dostumdur, bir-birimizi 13 yaşından tanıyırıq. Səmimi deyəcəyəm: onun Braziliya millisini çalışdırmasını istərdim. Braziliyalılar Zidanı sevirlər. Onlarda böyük futbolçu nəsli var. Zidanı o "ordu"nun başında görmək istərdim. Ecazkar işbirliyi olardı. Mən bu barədə ona deməmişəm. Zizu ilə futbol haqqında çox az danışıram".
Qeyd edək ki, Zinəddin Zidanın sonuncu iş yeri iki il əvvəl ayrıldığı "Real Madrid" olub.
Mirağa