"Çelsi"nin baş məşqçisi Qrem Potter Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən Dortmund "Borussiya"sı ilə ev oyununda (2:0) komandasının hücumçusu Kay Havertsin vurduğu 2-ci penaltiyə niyə baxmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "zadəganlar"ın rəsmi saytına bölüşüb:
"Kayın ilk penaltisini izlədim. İkinciyə gəlincə, oturub tribunaların səsini dinləməyi üstün tutdum. Niyə belə etdiyimi bilmirəm. Ola bilsin ki, batil inanca görə... Ancaq tribunaların lərzəyə gəldiyini eşidincə başa düşdüm ki, daha baxmaq təklükəsizdir.
Kaya inanırıq. O, bizim ştatlı penalti vuranımızdır. Bu görüşdə də yüksək təzyiq altında üzərinə düşən işin öhdəsindən gələrək xüsusi anların oyunçusu olduğunu isbatladı".
Qeyd edək ki, səfərdə bu rəqibinə 0:1 hesabı ilə yenilən "Çelsi" evdə vurduğu 2 cavabsız qol sayəsində adını turnirin 1/4 finalına yazdırıb.
Nihat