Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Emre Can Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Çelsi"yə uduzaraq mübarizəni dayandırmaqlarına görə hakim Denni Makkelini günahlandırıb.
Fanat.Az xəbər verir ki, "Bild" nəşri türk əsilli almaniyalı futbolçunun dediklərini belə çatdırıb:
“Məğlubiyyətin səbəbkarı hakimdir. Onun günahından uduzduq. İkinci qolun vurulduğu epizodda necə penalti vermək olardı? Kimin hara qaçdığı məni maraqlandırmır. O, oyunboyu təkəbbürlü, özündənrazı davranırdı. Hakimə görə haqsız yerə uduzduq".
Qeyd edək ki, ikinci hissənin startında "Çelsi" penalti qazanıb. Kay Havertz topu dirəyə vurub. Ancaq hakimlər penaltinin təkrar yerinə yetirilməli olduğuna qərar veriblər. Hakimin fikrincə, zərbədən əvvəl hər iki komandanın bir neçə oyunçusu cərimə meydançasına daxil olub. Məhz penaltidən vurulan qol "Çelsi"nin 1/4-ə adlamasına kifayət edib.
Mirağa