UEFA Çempionlar Liqasında Portuqaliyanın “Benfika” klubuna uduzaraq mübarizəni dayandıran Belçikanın “Brügge” komandasının yeni baş məşqçisi böyük ölçüdə bəllidir.
Fanat.Az xəbər verir ki, "Voetbal Nieuws" istefaya göndərilən Skott Parkeri niderlandlı Alfred Şrederin əvəzləyəcəyini iddia edib.
Məlumata görə, 50 yaşlı mütəxəssislə danışıqlar başa çatmaq üzrədir. Maraqlıdır ki, Şreder 2022-ci ildə qısa bir müddət "Brügge"yə rəhbərlik edib. Lakin sonra sərbəst buraxıldığı üçün "Ayaks"a yollanıb. O, "Brügge" və "Ayaks"dan başqa, "Tvente", "Hoffenhaym" klublarını da çalışdırıb, "Barselona"da isə köməkçi-məşqçi işləyib.
“Brügge” ÇL-in 1/8 finalında qarşılaşdığı “Benfika”ya doğma meydanda 0:2 uduzumuşdusa, cavab qarşılaşmasında 1:5 hesabıyla məğlub olub. Bu komanda ölkə çempionatında da lider “Genk”dən 21 xal geri qalır – 46 xalla dördüncü pillə.
Mirağa