PSJ-nin sabiq futbolçusu Jerom Roten Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltyeni tənqid edib.
Fanat.Az "RMC Sport" onun dediklərini belə çatdırıb:
"Bu, artıq ilk dəfə deyil. Qaltye yenə hər şeyi gənclərin üstünə atır...
Bu, məğlubiyyətdir, Kristof, gənclərin günahı deyil. Boş-boş danışmaqdan əl çəkin. Heyəti siz müəyyənləşdirirsiniz. Siz ehtiyat oyunçulardan danışırsınız, amma ehtiyatda Ekitike və Renatu Sanşeşi nəzərə alsaq, 60 milyon avro əyləşir. Oyunlara texniki zonadan baxan digər gənclərin də yüksək keyfiyyətləri var. Lənət şeytana, sizin ehtiyatda bu keyfiyyətdə gəncləriniz var, ancaq meydana Bernatı buraxırsınız. O Bernatı ki, solaxaydır və heç vaxt sağ cinah müdafiəçisi mövqeyində oynamayıb. Anormallıqdır".
Qeyd edək ki, Qaltye Liqa 1-in 28-ci turunda "Renn"dən aldıqları məğlubiyyətin (0:2) səbəbini heyətdə gənclərə yer vermək məcburiyyətində qalması ilə əlaqələndirmişdi.
Nihat