"Milan" klubu hücumçusu Divok Oriqini satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
"Rossonerilər"İ 15 milyon avroluq məbləğ qane edəcək.
“Qırmızı-qaralar” belçikalı futbolçunu ötən yay azad agent kimi heyətinə qatmışdı.
27 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Bununla belə, o, hər oyunda orta hesabla 36 dəqiqə meydanda olub.
Mirağa