"Liverpul"un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard Dortmund "Borussiya"sının futbolçusu Cud Bellingemin performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "talkSPORT" onun dediklərini belə çatdırıb:
"Bellingem topla məndən yaxşı işləyir. Mən bunu səmimi etiraf naminə demirəm, doğrudan belədir. Mən 19 yaşımda potensialımı bu qədər açmamışdım. Hə, o yaşda olanda arzuladığım komandaya düşmüşdüm... Məncə, Cud da belə işləməyə davam etsə, arzuladığı yerdə olacaq".
Qeyd edək ki, 19 yaşlı Bellingem "Birmingem"in yetirməsidir. 2020-ci ildən "Borussiya"da çıxış edən istedadlı gənc bu mövsüm "arılar"ın forması ilə ümumilikdə 34 oyuna çıxıb. Bu qarşılaşmalarda 10 qol vuran Cud 6 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Nihat