Ukrayna millisinin və "Olimpik Marsel"in yarımmüdafiəçisi Ruslan Malinovski AÇ-2024-ün seçmə mərhələsinin oyununda İngiltərədən aldıqları yenilgini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "ua.tribuna.com" onun dediklərini belə çatdırıb:
"Topu irəli vurmaqla kifayətlənmirdik, futbol oynamağa çalışırdıq. İlk yarıda yaxşı pressinq tətbiq etdik. Əlbəttə, daha artığını da etmək olardı...
İngiltərə yüksək səviyyəli futbol sərgilədi. Bizim üçün asan deyildi. Hədəfimiz ilk iki yerdən birini tutaraq Avropa çempionatına qatılmaqdır. Bu, hələ ilk oyundur. Hər şey irəlidədir".
Nihat