Rusiyanın "Zenit" klubu rəsmi saytı vasitəsi ilə "Fənərbağça" ilə 2 illik əməkdaşlıq müqaviləsi imzaladığını bəyan edib.
Fanat.Az xəbər verir ki, əməkdaşlıq kişi və qadınlardan ibarət futbol, həmçinin basketbol komandalarını əhatə edəcək.
Birgə məşq proqramlarının hazırlanması, təcrübə mübadiləsi və yoldaşlıq oyunlarının keçirilməsi klubların əsas hədəfidir.
Müqavilənin "Fənərbağça" və "Zenit" arasında İstanbulda keçirilən xeyriyyə matçından sonra imzalandığı bildirilib.
Nihat