Mançester polisi "Mançester Siti"nin ulduz futbolçusu Erlinq Holanda qarşı iş açıb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, polis araşdırma apardıqlarını təsdiqləyib.
Haoland "Rolls-Royce" avtomobili ilə yol hərəkəti qaydalarını pozub. O, əlində cib telefonu ilə danışarkən kameraya tuş gəlib. İngiltərədə bu qayda pozuntusu 200 funt sterlinq və 6 bal cərimə ilə cəzalandırılır.
Erlinq Holand bu mövsüm "Mançester Siti"nin heyətində 37 oyuna çıxıb. Norveçli hücumçu bu matçlarda 42 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa