Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges uşaqları necə tərbiyə etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:
"Kriştianu və mən varlı ailədə böyüməmişik. Biz hər imkanı dəyərləndirməyə çalışırıq. Uşaqlarımıza həmişə şükr etməli olduqlarını deyirik. Hərdən övladlarımızı məcbur edirəm ki, ac uşaqlar barədə filmlərə baxsınlar. Bunun onların da başına gələcə biləcəyini söyləyirəm. Uşaqlıqda anam yeməyimi bitirməyincə masa arxasından qalxmağıma icazə vermirdi".
Nihat