"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı forvard zədə səbəbi ilə bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Məlumatı "Calciomercato" yayıb. İsveç millisinin heyətində xəsarət alan İbrahimoviçin sağ ombasının əzələsində problem aşkarlanıb.
Onun A Seriyasının oyunları çərçivəsində "Napoli" və "Empoli" ilə görüşləri buraxacağı gözlənilir.
Röya