"Arsenal" "Barselona"nın müdafiəçisinə göz dikib.
Fanat.Az xəbər verir ki, söhbət Erik Qarsiyadan gedir.
Məlumatı "Mundo Deportivo" yayıb.
Müdafiə xəttini gücləndirməyi planlaşdıran "topçular" gələn mövsüm 22 yaşlı ispaniyalını heyətinə qatmağı planlaşdırır.
Əslində Mikel Arteta hələ yanvar ayında Eriki komandasına cəlb etməyi planlaşdırdı. Lakin transfer baş tutmadı. O, "Mançester Siti"də Qvardiolanın köməkçisi işlədiyi vaxtlarda gənc futbolçunu iki il çalışdırırb.
Röya