PSJ Kristof Qaltyeni baş məşqçi postundan vaxtından əvvəl istefaya göndərməyi düşünür.
Fanat.Az xəbər verir ki, "French Football News" rəhbərliyin vəziyyəti düzəltmək üçün mütəxəssisə iki oyunluq möhlət verdiyini idda edib.
“Nitsa” və “Lans”la matçlarda uğursuz nəticə olarsa, Qaltye mövsümün sonunu gözləmədən qovulacaq.
Son oyunda Paris təmsilçisi doğma meydanda “Lion”a 0:1 hesabı ilə məğlub olub.
Fransa çempionatının 29 turundan sonra Qaltyenin yetirmələri ən yaxın izləyicini altı xal qabaqlayaraq turnir cədvəlində birinci yerdədir.
Mirağa