"Mançester Yunayted" bu yay "Atletiko Madrid"in futbolçusu Joau Feliks üçün irəli atılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Hazırda icarə əsasında "Çelsi"də çıxış edən 23 yaşlı yarımmüdafiəçi İPL-də parlaq çıxışı ilə diqqətləri üzərinə cəlb edir.
Madrid klubu portuqaliyalı vingerə 100 milyon avro qiymət qoyub. Bu rəqəm bir çox klubları qane etməsə də, "Mançester Yunayted" Feliks üçün bu məbləği ödəməyə hazırdır.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq gənc vingerlə uzunmüddətli müqavilə bağlamağı planlaşdırır.
Röya