Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.
Fanat.Az xəbər verir ki, seçki bu gün baş tutan UEFA-nın Konqresində gerçəkləşib.
Qurumun 7-ci prezidenti bu posta yeganə namizəd idi. 55 yaşlı sloveniyalı 2027-ci ilədək UEFA-ya rəhbərlik edəcək.
Qeyd edək ki, 3-cü dəfə qurumun prezidenti seçilən Çeferin 2016-cı ildən bu postu tutur.