"Real Madrid"in qapıçısı Tibo Kurtua İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Barselona" üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, evdə 0:1 hesabı ilə yenildiyi əzəli rəqibini səfərdə darmadağın edərək finala yüksələn madridlilərin qolkiperi belə danışıb:
"Bu, mənim İspaniya Kubokunda "Real"la ilk finalım olacaq. Çox xoşbəxtəm. Çətin yol keçdik, amma biz finaldayıq. Qürur duyuram.
Ançelotti bizə fasilədə nə dedi? Heç nə, elə bu ruhla oyuna davam etməyimizi istədi. İspaniya Superkubokunda "Barselona"ya qarşı o qədər də yaxşı mübarizə aparmamışdıq. Çempionatda da onları yenə bilmədik. Ancaq bu gün hər şey alındı. Biz ikinci qolu vuranda "Barselona" bir qədər qorxdu. Ardından penaltidən fərqlənərək hesab arasındakı fərqi artırdıq və bu qol bütün suallara aydınlıq gətirdi. Son vaxtlar "Barselona"ya uduzurduq. 4:0 hesablı qələbə bizim üçün çox vacib nəticədir".
Qeyd edək ki, "Real" İspaniya Kubokunun finalında "Sevilya" ilə üz-üzə gələcək. Həlledici görüş mayın 6-da, Sevilyadakı "La Kartuxa" stadionunda keçiriləcək.
Nihat