Qrem Potteri istefaya göndərəndən sonra baş məşqçisiz qalan "Çelsi"nin cari mövsümün sonuna qədər Frenk Lemparda tapşırılacağı və "zadəganlar"ın sabiq yarımmüdafiəçisinin bu gün komandanı ilk məşqinə çıxaracağı bildirilib.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Mett Lou yayıb.
Lempard 2019-2021-ci illər aralığında "Çelsi"nin baş məşqçisi olub. O, futbolçu kimi 13 il (2001-2014) "zadəganlar"ın formasını geyinib.
Nihat