"Mançester Yunayted"in canlı əfsanələrindən olan Roy Kin İngiltərə Premyer Liqasında çempionluq mübarizəsindən danışıb.
Fanat.Az xəbər verir ki, irlandiyalı veteranın dediklərini "Metro" belə çatdırıb:
"Arsenal" əla mövqedədir. Açığı, mövsümün əvvəlində onların bunu bacaracağına inanmırdım. Şübhəsiz, bu kollektiv möhtəşəm futbol sərgiləyir. London klubunun heyətindəki gənc futbolçuların sabitliyi, çempionata köklənmələri isə xüsusi diqqət çəkir. Fikrimcə, məhz "Arsenal" çempionluq mübarizəsində əsas favoritdir, amma titula sahib çıxacağını düşünmürəm. Onu da deyim ki, "Mançester Siti" hələ də xoşuma gəlir. Hərçənd "Arsenal"ın mövqeyinə həsəd aparmağa dəyər".
Nihat