"Barselona"nın baş məşqçisi Xavinin PSJ-nin futbolçusu Lionel Messini Kataloniya təmsilçisinə qaytarmaq üçün onunla nə danışdığı açıqlanıb.
Fanat.Az istinadən xəbər 4 verir ki, bu barədə jurnalist Gilyem Balaqe BBC-yə danışıb:
"Messi klub prezidenti Laporta ilə əlaqə saxlamayıb. Ancaq "Barselona"nın onu geri qaytarmaq istədiyi bəlli məsələdir. Xavi müntəzəm olaraq Leo ilə danışır. Kataloniyalıların çalışdırıcısı argentinalıya onu daha bir hücumameyilli futbolçu ilə dayaq yarımmüdafiəçisinin önündə oynatmaq istədiyini də çatdırıb. Messi Argentina yığmasında da təxminən həmin ampluada çıxış edir. Əminəm ki, hər dəfə bunu eşidəndə Messinin gözləri parıldayır".
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Daha öncə cənubi amerikalının Paris təmsilçisinin yeni anlaşma təklifini geri çevirdiyi və "Barsa"ya qayıtmaq istədiyi barədə məlumatlar yayılıb.
Nihat