"Roma"nın baş məşqçisi Joze Mourinyu veteran futbolçu Antonio Kassanonun "bostanına daş atıb".
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis onu tənqid edən Kassanonun ittihamlarını cavablandırıb.
"Sky Sports" Mourinyunun dediklərini belə çatdırıb:
"Hər kəs tənqid etməkdə azaddır. Amma söhbət Antonio kimi insanlardan gedirsə, onlar fərqlidirlər. "Roma" və Mourinyunu tənqid etmək onun üçün əyləncəlidir. O, bundan həzz alır, digərləri isə ciddi işləyir.
Kassano "Roma", "İnter" və "Real"da oynayıb. Madriddə onu pencəyinə görə xatırlayırlar, "Roma" ilə o, oynamadan Superkuboku qazanıb, "İnter" üçün isə Lombardiya Kubokunu belə görməyib. Mənim "İnter"lə nə qazandığımı isə bilirsiniz. O cümlədən "Real Madrid" və "Roma"da qənimətlərim olub. Onun mənimlə problemi var, mənim onunla problemim yoxdur. Ona bircə söz deyəcəm: Ehtiyatlı ol Antonio, sənin 40, mənim 60 yaşım var. Bəzən bir Livaje gəlir, sənə çətin olur”.
Mourinyunun Marko Livayanı xatırlatmaqla nəyi nəzərdə tutduğu anlaşılmaz olsa da, çox güman ki, o, Kassano və Livajanın “İnter”də komanda yoldaşı olduqları 2012/13 mövsümünə işarə edir. Həmin mövsüm Livaja "İnter"də oynayarkən Kassano əsasən ehtiyatda qalmağa başlayıb, daha sonra Milan klubunu tərk edib.
Xatırladaq ki, Antonio Kassano Mourinyonu "aktyor" və "sıfır" adlandırıb.
Mirağa