Bazar günü Almaniya Bundesliqasının oyununda "Bohum" "Ştutqart"a uduzub (2:3).
Fanat.Az xəbər verir ki, komandalarının məğlub olması bohumlu azarkeşləri qəzəbləndirib.
"Bild"in məlumatına görə, məğlubiyyətdən sonra bir neçə “Bohum” azarkeşi komandalarını təhqir edib, futbolçuların ünvanına nalayiq sözlər deyilib. Bunu həzm edə bilməyən qapıçı Manuel Riyemann qəzəblə öz komandasının fanatlarının arasına girib. Stüardlar müdaxilə etməli olublar.
Eləcə də hər iki komandanın ehtiyat oyunçular skamyasının üzvləri də bir-birilərini təhqir ediblər.
Mirağa