"Milan" hücumçusu Olivye Jirunu buraxmaq niyyətində deyil.
Fanat.Az xəbər verir, A Seriyası təmsilçisi 36 yaşlı forvard ilə müqaviləni yeniləmək fikrindədir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, fransalı futbolçu ilə yeni sözləşmə 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulub. Jiru bir mövsüm üçün 3,5 milyon avro maaş qazanacaq.
Qeyd edək ki, o, 2021-ci ildən "Milan"da çıxış edir. 53 oyunda meydana çıxan Olivye 19 qola imza atıb.
Röya