"Barselona"nın idman direktoru Yordi Kroyf Kataloniya klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi ehtiyatlanır ki, holland funksioner onları tərk edərək karyerasını başqa çempionatda davam etdirəcək.
Bu da təsadüfi deyil. Belə ki, İngiltərə Premyer Liqasının bir neçə klubu Kroyfun xidmətində maraqlıdır. Yordi ilə "Barselona"nın hazırkı müqaviləsinin müddəti yayın sonuna qədərdir.
İspaniya La Liqasının 28 turunun nəticəsin əsasən, "Barselona" 72 xal toplayıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Xavinin yetirmələri ikinci pillədə qərarlaşan "Real Madrid"i 13 xal qabaqlayır.
Mirağa