"Vilyarreal"la La Liqa matçından sonra rəqib futbolçu Aleks Baenanı döyən "Real Madrid"in ulduzu Federiko Valverdenin cəzası bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.
Mənbənin məlumatına görə, Madrid klubunun yarımmüdafiəçisinin işinə gələn həftə baxılacaq. Bununla belə, uruqvaylı futbolçuya altı aya qədər cəza verilə bilər. Hər halda, maksimum cəza yarım ildir.
Xatırladaq ki, Federiko matçdan sonra avtomobil dayanacağında Baenaya hücum edib. "Real Madrid"in yarımmüdafiəçisi rəqib futbolçunun üzünə yumruq vurub.
Valverde bu mövsüm 27 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa