"Bayern Münhen"in və Niderland millisinin sabiq vingeri Aryen Robben karyerasının ən yaxşı məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Bayern&Germany" onun dediklərini belə çatdırıb:
"Qvardiolanın rəhbərliyi altında keçirdiyim 3 il mənim üçün xüsusidir. Ona böyük hörmətim var. Hə, yaxşı məşqçilərim çox olub, amma futbol prizmasından yanaşırıqsa, ən yaxşısı Qvardiola olub. Pep işlədiyi bütün komandalarda öz dəsti-xəttini ortaya qoymağı bacarıb".
Qeyd edək ki, "Bayern"lə ümumilikdə 7 mükafat qazanan Qvardiola münhenlilərlə 3 dəfə Almaniya çempionu olub.
Nihat