"Real Madrid"in yarımmüdafiəçisi Marko Asensio klubu ilə müqaviləni yeniləmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, tərəflər arasında uzun müddət danışıqlar aparılıb. Nəhayət ki, 27 yaşlı yarımmüdafiəçi kluba müsbət cavab verib.
İspaniya millisinin üzvü "Real Madrid"dən daha uzun oyun vaxtı və yüksək maaş tələb edib.
Qeyd edək ki, Asensionun cari müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Röya