"Mançester Siti"nin yarımmüdafiəçisi Rodriqo Ernandes Çempionalr Liqasının 1/4 finalının ilk oyununda - "Bayern Münhen"i 3:0 hesabı ilə yendikləri qarşılaşmada darmadağının təməlini qoyub.
Fanat.Az xəbər verir ki, sözügedən turnirdə ilk qolunu vuran Ernandes matçdan sonra UEFA-nın rəsmi saytına danışıb:
"Əla oynadıq və ürəkaçan nəticə qazandıq. Fikrimcə, müdafiədə sərgilədiyimiz oyun uğurun təminatçısı oldu. Arxa xətdə mükəmməl iş görərək onları necə cəzalandırmalı olduğumuzu anladıq. Çempionlar Liqasında ilk qolumu vurmağım mənim üçün xüsusi məqamdır. Dörd top da vura bilərdik. Ancaq bu, əla nəticədir. İşi bitirdiyimizi düşünmürük. Münhendəki görüşdə də qələbə qazanmağa çalışmalıyıq".
Nihat