"Milan" Çempionlar Liqasında 1/4 finalın ilk oyunları çərçivəsində "Napoli"ni qəbul edib.
Fanat.Az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli 1:0 hesabı ilə gəldikləri görüşü belə dəyərləndirib:
"Artıq cavab oyunu haqqında düşünürəm. Balanslaşdırılmış oyunlardır. Hər iki tərəf üçün çətindir. Cavab matçı daha möhtəşəm olacaq. Yaxşı oyun keçirdik. Daha çox qol vura bilərdik. Bu nəticə bizə şans verir. Sadəcə təəssüf edirəm ki, ikinci qolu vura bilmədik".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü aprelin 18-i tarixində keçiriləcək.
Röya