Ötən gün "Sportinq"lə Avropa Liqasının 1/4 final oyununda "Yuventus"un qapıçısı Voytsex Şesnının səhhətində problem yaranıb.
Fanat.Az xəbər verir ki, polşalı qolkiper 41-ci dəqiqədə sinəsindəki ağrı səbəbindən meydanı göz yaşları içində tərk edib:
İtaliya KİV-i onun ürəyində problemlər yarandığını bildirib.
Şesnı matçdan sonra "Pazzi di Fanta"ya səhhəti ilə bağlı danışıb: “Bütün müayinələr normal olduğumu göstərdi. Bir anda nəfəs almağım çətinləşdi, ciddi nəsə baş verdiyini düşünüb ağladım. Amma indi yaxşıyam. Nə yaxşı ki, bizdə Perin var və ümumiyyətlə, komandada qapıçı mövqeyi komplektləşib".
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları cümə axşamı, aprelin 20-də keçiriləcək.
Mirağa