Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Atlantico": "Tottenhem" "Real Madrid"ə rəqib olub. İPL təmsilçisi madridlilərin bəyəndiyi futbolçuya göz dikib. Söhbət "Selta"nın yarımmüdafiəçisi Qabri Veyqadan gedir. 20 yaşlı futbolçu ilə "Mançester Siti" də maraqlanır.
"Selta" Veyqa üçün 40 milyon avro tələb edir. "Tottenhem" isə bu məbləği ödəməyə hazırdır.
İnsayder Fabritsio Romano: "Roma" "Lion"un yarımmüdafiəçisi Ussem Auar ilə danışıqlara başlayıb. Hazırda razılıq əldə olunmasa da, müqavilənin şərtləri müzakirə olunur.
24 yaşlı fransalı futbolçuya bir neçə həftə öncə "Ayntraxt" da təklif göndərib. Hazırda Auar təklifləri nəzərdən keçirir.
Rəsmi: Xames Rodriqes "Olimpiakos"dan ayrılıb. 31 yaşlı kolumbiyalı yarımmüdafiəçi yunanlarla müqaviləni qarşılıqlı razılaşma əsasında pozub. O, hazırda azad agentdir.
Ötən ilin sentabr ayında "Olimpiakos"a keçən Xames 24 matçda meydana çıxıb və 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya