Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Marca": "Real Madrid" yenidən "Çelsi"nin müdafiəçisi Ris Ceymslə maraqlanır. Kral klubu yayda aşağı qiymətə keçidi həyata rəsmiləşdirməyi planlaşdırır.
"Çelsi" mövsümün sonunda heyətdə dəyişiklik etmək niyyətindədir. Madridlilər bundan istifadə etmək və Ceymsi 50 milyon avroya almaq fikrindədir. Onu da qeyd edək ki, Ris Ceymsin transfer qiymətinin 100 milyon avro olduğu deyilir.
"Fichajes": "Barselona" və PSJ-nin sabiq futbolçusu Xavi Simons İngiltərə klublarının diqqətini çəkib. Hazırda PSV-nin şərəfini qoruyan hücumameyilli yarımmüdafiəçi "Arsenal", "Çelsi" və "Liverpul"un maraq dairəsindədir. 2022-ci ildən PSV-də çıxış edən 19 yaşlı futbolçu 26 oyunda meydana çıxıb və 13 qol vurub.
Rəsmi: İslandiya millisinin yeni baş məşqçisi bəlli olub. Komanda norveçli mütəxəssis Oqe Xareydeyə həvalə olunub. Məlumatı ölkənin federasiyasının mətbuat xidməti yayıb. 69 yaşlı mütəxəssisin son iş yeri "Malmö" klubu olub.
Röya