PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının 31-ci turunda keçirilən matçda - "Lans"la oyunda (3:1) rekord yeniləyib.
Fanat.Az xəbər verir ki, görüşün 31-ci dəqiqəsində hesabı açan ulduz hücumçu Paris klubunun forması ilə Liqa 1-də 139-cu qolunu vurub.
Beləliklə o, bu göstəricidə uruqvaylı Edinson Kavanini (138 qol) geridə qoyaraq mütləq rekordçuya çevrilib. PSJ tarixinin Liqa 1-dəki 3-cü bombardiri isə Zlatan İbrahimoviçdir. Onun hesabında 113 qol var.
Qeyd edək ki, 24 yaşlı Mbappe bu mövsüm bütün klub turnirlərində 35 matça çıxaraq 31 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Nihat