"Barselona"nın prezidenti Joan Laporta 110 jurnalistin qatıldığı geniş mətbuat konfransı keçirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri rüşvət ittihamı ilə bağlı hesabat təqdim edib.
Laporta çıxışında zərərçəkmiş olduğunu deyən "Real Madrid"i sərt qınayıb: "70 ildir ki, hakimləri təyin edənlər "Real Madrid"in partnyorları, keçmiş futbolçuları və ya menecerləridir. “Real” rejim komandasıdır, gücünü həmişə hakimiyyətdən alıb. Onların ""Barselona"nın ən uğurlu mövsümünün ortasında qurban olduqlarını iddia edərək davaya qoşulmasını rüsvayçı hesab edirəm. "Barselona" dəyərləri olan bir klub olaraq quruldu. Biz onun ləyaqətini qorumaq üçün hərəkət edəcəyik".
Xatırladaq ki, "Barselona" 2016-2018-ci illər aralığında Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra 7,3 milyon avro ödəməkdə ittiham olunur. "Blauqrana" rəsmiləri bu məbləği sözügedən futbol məmuruna gənc oyunçular və hakim idarəçiliyi haqda müntəzəm hesabat hazırladığı üçün verdiyini idda edir. İspaniya prokurorluğu korrupsiya, sənədlərlə bağlı fırıldaqçılıq, klub rəhbərliyinin vəzifəsindən sui-istifadəsi ittihamı ilə "Barselona"dan məhkəməyə şikayət etsə də, bunu sübuta yetirəcək hər hansı sənəd tapa bilməyib. UEFA-nın araşdırmaları isə davam edir.
Mirağa