PSJ heyətini Milan "İnter"inin yarımmüdafiəçisi ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "90min" yayıb.
Xəbərə görə, Paris təmsilçisi "qara-göylər"in futbolçusu Nikolo Barellanı bu yay sıralarına cəlb etməyi hədəfləyir. Mənbə Nikolonun özünün bu varianta isti yanaşdığını və rəsmi təklif gələcəyi halda, Fransa nəhənginə keçəcəyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "İnter" forması ilə bütün turnirlərdə 41 oyuna çıxan Barella 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan klubu ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat