Moskva "Spartak"ı baş məşqçisini dəyişməyi düşünür.
Fanat.Az “Euro-football"a istinadən xəbər verir ki, “qırmızı-ağlar” “Rostov”un çalışdırıcısı Valeri Karpini geri qaytarmaq istəyir.
Gilyermo Abaskalla ayrılmağı planlaşdıran paytaxt klubu Karpinə əsas namizəd gözü ilə baxır.
34 yaşlı ispaniyalı mütəxəssis 2022-ci ilin iyunundan “xalq komandası”nın baş məşqçisidir. Onun müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.
“Spartak” bu ərəfədə “Akron”a sensasiyalı şəkildə məğlub olaraq Rusiya kubokunda mübarizəni dayandırıb. “Qırmızı-ağlar” Premyer Liqada üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Valeri Karpin 2009-2014-cü illərdə "Spartak"ı çalışdırıb.
Mirağa