“Valensiya”nın yarımmüdafiəçisi Yunus Musa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "90min" yayıb.
Xəbərə görə, 20 yaşlı futbolçu ilə bir neçə klub onunla maraqlanır.
Mərkəz yarımmüdafiəçisi 2020-ci ilin avqustundan "yarasalar"da çıxış edir. Onun mövcud müqaviləsinin müddəti 2026-cı ilin ortalarına kimi hesablanıb. Musanın transfer qiyməti 22 milyon avrodur.
Qana əsilli amerikalı gənc futbolçu İspaniya çempionatının cari mövsümündə 26 döyüş keçirib və iki məhsuldar ötürmə edib.
Mirağa