"Sportinq"in müdafiəçisi Qonsalu İnasio İngiltərə klublarının diqqətini çəkib.
Fanat.Az xəbər verir ki, "Nyukasl" və "Mançester Yunayted" futbolçunun xidmətində maraqlıdır.
Məlumatı "Football Insider" yayıb.
Xəbərə görə, 21 yaşlı portuqaliyalının mecenerləri İtaliya, İspaniya və İngiltərədə görüşlər keçiriblər.
Qeyd edək ki, İnasio 2020-ci ildən "Sportinq"də çıxış edir. 70 oyunda meydana çıxan müdafiəçi 5 qola imza atıb.
Röya