"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti futbolçularının həddindən artıq yükləndiyini bildirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə oyunöncəsi mətbuat konfransında belə deyib:
“Məni futbolçulara çoxlu istirahət günləri verməkdə ittiham edirlər? Baxın, son 4 ayda "Real Madrid" oyunçuları cəmi 8 gün istirahət ediblər. Siz başa düşməlisiniz ki, biz üç gündən bir oynayırıq”.
Həftəiçi Çempionlar Liqasında "Çelsi" ilə qarşılaşan "Real" yarımfinalına yüksəlib. “Kral klubu” sabah İspaniya çempionatının növbəti turunda “Santyaqo Bernabeu”da “Selta” ilə üz-üzə gələcək. Ümumiyyətlə, "Mançester Siti" ilə mayın 9-da qarşılaşacaq Ançelottinin komandası ingilislərlə ilk oyuna qədər olan 18 gün ərzində 5 matça çıxacaq.
Mirağa