"Çelsi" yarımmüdafiəçisi Meyson Mauntu buraxmaq niyyətində deyil.
Fanat.Az xəbər verir ki, hazırda tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar gedir.
Məlumatı "Daily Mirror" yayıb.
Xəbərə görə, London təmsilçisi 24 yaşlı ingiltərəli yarımmüdafiəçiyə ayda 600 min avro ödəməyə hazırdır. Ancaq Maunt bu rəqəmlə razılaşmır. O, hər ay 1 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Meyson Maunt 2019-cu ildən "Çelsi"nin şərəfini qoruyur.
Röya